Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, onun qardaşı Qadir Abıyev vəfat edib.
Əhəd Abıyev saytımıza bildirib ki, qardaşı bir neçə gün öncə səhhətindəki problemlə bağlı xəstəxanaya yerləşdirilibmiş:
“Üç gün əvvəl ürəyində yaranan qəfil ağrılarla bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirdik. Həkimlərin bütün səylərinə baxmayaraq qardaşım bu gün vəfat etdi”.
Qeyd edək ki, sabah Qurd Qapısı qəbiristanlığında mərhumun dəfn mərasimi keçiriləcək.
Xatırladaq ki, Ə. Abıyevin bu ilin əvvəli digər qardaşı Nadir Abıyev də vəfat etmişdi./qafqazinfo
Bakı 





