• Bakı 24° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Keşlədəki yanğın söndürüldü - VİDEO + FOTO - YENİLƏNİB

HADİSƏ

04 Iyun 2026 | 16:34

Keşlədəki yanğın söndürüldü - VİDEO + FOTO - YENİLƏNİB

Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən, ilkin ehtimala görə, dərman anbarlarında başlayan yanğın 16:07-də məhdudlaşdırılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.

***

14:15

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən obyektlərdən birində yanğın baş verib.

Bakıvaxtı.az hadisə ilə bağlı bəzi detalları əldə edib. Məlumata görə, yanğının baş verməsinə səbəb ərazidə binaların dam örtüyünün qırlanması (bitumlanması) zamanı görülən işlər olub.

Yanğın nəticəsində saxlanc anbarı da zərər görərək yanıb.

 

Murad İsmayıl

***

13:26

Bakının Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın baş verib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026