• Bakı 27° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Bakıda 90 yaşlı kişi turnikdən yıxılıb öldü

HADİSƏ

04 Iyul 2026 | 11:50

Bakıda 90 yaşlı kişi turnikdən yıxılıb öldü

Bakının Binəqədi rayonunda bədbəxt hadisə ölümə səbəb olub.

Bakıvaxtı.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə M.Rəsulzadə qəsəbəsinin İlham Hacıyev küçəsində qeydə alınıb.

1936-cı il təvəllüdlü Tofiq Bəşir oğlu Rüstəmov yaşadığı evdə turnikdə məşq edərkən yıxılıb. Ağır xəsarətlər alan yaşlı kişi təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T.Rüstəmov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Iyul 2026