Qubada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Quba şəhərinin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, "Chevrolet" və "Ford" minik avtomobilləri toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
Bakı 



