• Bakı 29° C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Bakıda 18 və 20-ci mərtəbədən yıxılan gənclər öldü

HADİSƏ

03 Avqust 2026 | 11:14

Bakıda 18 və 20-ci mərtəbədən yıxılan gənclər öldü

Bakıda ölümlə nəticələnən dəhşətli hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 1-i saat 07 radələrində 2007-ci il təvəllüdlü Kənan Ömər oğlu İbrahimli xalasının yaşadığı C.Xəndan küçəsi ev 42 A-nın pəncərəsindən yıxılıb.

18-ci mərtəbədən yıxılan gənc oğlan hadisə yerində ölüb.

Oxşar hadisə Nizami rayonunda da baş verib. Belə ki, avqustun 3-ü saat 01 radələrində Şabran sakini, 2006-cı il təvəllüdlü Aytac Rauf qızı Baxşiyeva kirayədə yaşadığı Özbəkistan küçəsi ev 7, mənzil 133-ün eyvanından yıxılıb. 20 mərtəbəli binanın 20-ci mərtəbəsindən yıxılan qız da vəfat edib.

Hər iki faktla bağlı aidiyyəti rayon prokurorluqlarında araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026