• Bakı 26° C

    8.6 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Qəzzada üç radikal zərərsizləşdirildi

DÜNYA

02 Avqust 2026 | 19:02

Qəzzada üç radikal zərərsizləşdirildi

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında HƏMAS hərəkatının "Cəbaliyə" batalyonunun komandiri də daxil olmaqla, fərqli Fələstin qruplaşmalarını təmsil edən üç silahlı radikalın məhv edildiyini açıqlayıb.

Bakıvaxtı.az İMQ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, İsrail hərbi qulluqçularına qarşı hücumlar hazırlayan yaraqlılara zərbələr endirilib.

Bildirilib ki, Qəzza zolağının şimalında HƏMAS-ın "Cəbaliyə" batalyonunun komandiri Əhməd Xudar, Qəzza şəhəri ərazisində "İslam ordusu" qruplaşmasının nümayəndəsi İmad Xamis Taram və Fələstinin "İslam cihadı" təşkilatının üzvü Həsən İbrahim Şəhadə Kəhman zərərsizləşdirilib.

Məlumata görə, onların hər üçü İsrailin dinc sakinlərinə və hərbi qulluqçularına hücum etməyə cəhd göstəriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026