• Bakı 29° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı

SİYASƏT

03 Avqust 2026 | 10:35

Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən yenidən təyin olunduğu bu postda ilk Fərmanı imzalayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, N.Paşinyan sözügedən Fərmanla Ermənistanın ABŞ-dəki sabiq səfiri Lilit Makuntsu Baş nazirin əsas müşaviri səlahiyyətlərini müvəqqəti idarə edən şəxs postundan azad edib və onu Baş nazirin Aparatının rəhbəri təyin edib.

Bundan əvvəl, o, Lilit Makuntsun həmin vəzifəyə gətiriləcəyini, müdafiə naziri Suren Papikyan və daxili işlər naziri Arpine Sarkisyanın isə öz postlarına yenidən təyin olunacaqlarını bildirmişdi. 

Xatırladaq ki, avqustun 2-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan iyunda keçirilən parlament seçkilərində qələbə qazanan “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyanı ölkənin Baş naziri təyin edib. O, 2018-i ildən Ermənistanın Baş naziridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026