• Bakı 29° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Kubanın elektrik enerjisi sistemi yenidən çökdü

DÜNYA

03 Avqust 2026 | 09:49

Kubanın elektrik enerjisi sistemi yenidən çökdü

Avqustun 2-si axşam saatlarında Kubanın elektrik enerjisi sistemi yenidən tamamilə sıradan çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kubanın dövlət enerji şirkəti məlumat yayıb.

Şirkətin "Telegram" kanalında dərc olunan bəyanatda qeyd olunub ki, saat 22:43-də (Bakı vaxtı ilə 3 avqust 06:43 - red.) milli elektrik enerjisi sisteminin (SEN) tamamilə kəsilməsi baş verib.

Avqustun 1-də SEN qismən fəaliyyətini dayandırıb və nəticədə Kubanın qərb, eləcə də mərkəzi bölgələrində yerləşən bir neçə əyalət işıqsız qalıb.

Qeyd edək ki, iyul ayında sözügedən sistem səkkiz gün ərzində üç dəfə çöküb. Kuba hökuməti adanın energetika sektorundakı bu böhranlı vəziyyətin əsas səbəbi kimi ABŞ rəhbərliyinin uzun illərdir davam edən ticarət, iqtisadi və maliyyə embarqosunu, həmçinin Vaşinqtonun bu ilin əvvəlindən sərtləşdirdiyi birtərəfli sanksiyaları, o cümlədən yanacaq blokadasını göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026