• Bakı 29° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Yaponiyaya zəlzələdən sonra dəymiş ziyan...

DÜNYA

03 Avqust 2026 | 08:52

Yaponiyaya zəlzələdən sonra dəymiş ziyan...

Yaponiyanın Kumamoto prefekturasında baş vermiş güclü zəlzələ nəticəsində azı 4 622 evə ziyan dəyib.

Bakıvaxtı.az bu barədə yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Qeyd olunub ki, son məlumatlara görə, 21 yaşayış məntəqəsi ərazisindəki 206 nöqtədə yaradılmış təxliyə mərkəzlərində 8 mindən çox insan qalır.

Ölənlərin sayı ölümü təbii fəlakətin fəsadları ilə əlaqədar ola biləcək şəxslər də daxil olmaqla, 38 nəfərə çatıb. Daha 13 nəfər ağır xəsarət alıb.

Xatırladaq ki,iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub, hakimiyyət orqanları sunami xəbərdarlığı elan edib, lakin bu xəbərdarlıq sonradan ləğv olunub. Son məlumatlara görə, zəlzələ nəticəsində 34 nəfər həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026