• Bakı 29° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

İrandan 110 kilo narkotik keçirmək istədi... - Tutuldu

CƏMİYYƏT

03 Avqust 2026 | 09:06

İrandan 110 kilo narkotik keçirmək istədi... - Tutuldu

Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya "hazır qida məhsulları" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.

İdarədən Bakıvaxtı.az-a bildirilib ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb.

Gizlədilmiş heroinin xalis çəkisi 112 kq 761,757 qram olub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026