• Bakı 26° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

“Roma” Endrik üçün hərəkətə keçdi

İDMAN

02 Avqust 2026 | 23:40

“Roma” Endrik üçün hərəkətə keçdi

İtaliyanın “Roma” klubu İspaniya “Real Madrid”inin hücumçusu Endriklə müqavilə bağlamaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Məlumata görə, Roma təmsilçisi 20 yaşlı braziliyalı futbolçunu satın almaq hüququ ilə icarəyə götürmək istəyir. Artıq “Roma”nın idman direktoru Toni D’Amiko transferlə bağlı danışıqlar aparmaq üçün Madridə yola düşüb.

Nəşr yazır ki, buna baxmayaraq, “Real Madrid” rəhbərliyi hazırda Endriklə yollarını ayırmağı planlaşdırmır. Lakin İtaliya klubu hücumçunu özünün əsas transfer hədəfi hesab edir.

Qeyd edək ki, bir qədər əvvəl futbolçunun da komandadan ayrılmaq fikrində olmadığı, “Kral klubu”nun heyətində özünə yer tutmaq üçün mübarizə aparmaq istədiyi bildirilirdi.

Xatırladaq ki, 2022-ci ildə 16 yaşında Braziliyanın “Palmeyras” klubundan “Real Madrid”ə transfer olunan braziliyalı vunderkid əsas heyətdə özünə yer tapa bilmədiyi üçün ötən il “Olimpik Lion” klubuna icarəyə verilmişdi.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026