• Bakı 29° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

“Qarabağ”la “Sabah” rəqibini tanıyacaq

İDMAN

03 Avqust 2026 | 10:51

“Qarabağ”la “Sabah” rəqibini tanıyacaq

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Bakıvaxtı.az İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Sabah” da potensial rəqibini tanıyacaq.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə “Sabah”ın potensial rəqibi bəlli olacaq. Ölkə çempionu növbəti rəqibi görmək üçün öncə 3-cü təsnifat mərhələsində Danimarka “Orhus”unu keçməlidir. Təmsilçimiz burda uduzacağı halda Avropa Liqasının pley-offuna enəcək ki, həmin mərhələdəki rəqiblər də bu gün bəlli olacaq.

Bu gün “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq. Saat 16:00-da başlayan mərasimdə ağdamlıların Konfrans Liqasının pley-offundakı mümkün rəqiblərinin adına aydınlıq gələcək. Həmin rəqibi görmək üçün Ağdam klubu 3-cü təsnifat mərhələsində Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) sıradan çıxartmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026