Dünya şöhrətli aktyor Ceki Çan beynəlxalq “Tanrının Zirehi 4” (“Armor of God 4”) filminin çəkilişlərinə başlamaq üçün Bakıya gəlib.
Bakıvaxtı.az xəbər verir ki, əfsanəvi aktyor paytaxtda təxminən 10 gün qalacaq.
Filmin çəkilişləri Bakının ən məşhur və tarixi məkanlarında aparılacaq. Ekran əsərinin kadrları İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanında lentə alınacaq.
Qeyd edək ki, filmdə Ceki Çan yenidən macəraçı “Asiya Şahini” obrazını canlandıracaq. “Tanrının Zirehi 4” filminin premyerasının 2027-ci ildə baş tutacağı planlaşdırılır.
Bakı 



