• Bakı 14° C

    1.25 m/s

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib

CƏMİYYƏT

02 Avqust 2026 | 15:08 | Müəllif: Ayyət Əhməd

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib

Xocalı rayonunun Şuşakənd kəndində, Hüseynovların ailəsində oğul övladı dünyaya gəlib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, boyu 50 sm, çəkisi 2 kq 700 qram olan körpə avqustun 2-də xəstəxanadan evə buraxılıb.

Mustafa Kamal adı verilən körpə Şuşakənd sakini Şamil Hüseynovun ikinci övladıdır. Onun doğulması uzun illərdən sonra yenidən həyatın canlandığı Şuşakənd üçün əlamətdar və sevincli hadisədir.

"Bu sevinc yalnız Hüseynovlar ailəsinin deyil, doğma yurda qayıdan bütün Şuşakənd sakinlərinin sevincidir. Bu həm də Şuşakənddə yeni həyatın, davamlı məskunlaşmanın və Böyük Qayıdışın uğurla davam etdiyinin rəmzi kimi dəyərləndirilir", - deyə məlumatda qeyd olunub.

 


Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlibXocalının Şuşakəndində ilk körpə dünyaya gəlib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026