q
  • Bakı 14° C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Çavuşoğlu xəstəxanaya yerləşdirildi

SİYASƏT

06 May 2026 | 09:47

Çavuşoğlu xəstəxanaya yerləşdirildi

AK Partiya Antalya millət vəkili Mövlud Çavuşoğlunun qardaşı və iş adamı Aydın Çavuşoğlunun xəstəxanaya yerləşdirilməsi xəbəri Alanyada böyük ajiotaj yaradıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aydın Çavuşoğlu tibbi qruplar tərəfindən ilkin müalicə aldıqdan sonra təcili əməliyyat olunub. Çavuşoğlunun sağlamlıq vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməsə də, xəstəxana ətrafındakı fəaliyyət diqqəti cəlb edib.

Belə ki, Çavuşoğlunun qohumları və çoxsaylı vətəndaşlar xəstəxanaya axın ediblər.

Gecə saatlarında xəstəxananın ətrafına böyük izdiham toplaşıb və polis qrupları ərazidə geniş təhlükəsizlik tədbirləri görüb. 


SON XƏBƏRLƏR

05 May 2026