• Bakı 21° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Aİ Ermənistana 30 milyon avro ayırdı

DÜNYA

05 May 2026 | 20:20 | Müəllif: Subhan Mahmudov

Aİ Ermənistana 30 milyon avro ayırdı

Avropa İttifaqı, Avropa Sülh Fondu vasitəsilə, Ermənistana ölümcül silahlar istisna olmaqla, silahlı qüvvələrini dəstəkləmək üçün 30 milyon avro ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 5 mayda İrəvanda keçirilən ilk Ermənistan-Aİ sammitindən sonra verilən birgə bəyanatda bildirilib.

Ermənistan Baş nazirinin saytında dərc olunan sənəddə deyilir:

"Ermənistanın dayanıqlığını gücləndirmək və Aİ-nin rəhbərlik etdiyi əməliyyatlar da daxil olmaqla, beynəlxalq missiyalarda və əməliyyatlarda mümkün gələcək iştirakı üçün silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinin təşviq edilməsi məqsədi daşıyan Avropa Sülh Fondu çərçivəsində Ermənistana iki mərhələli 30 milyon avroluq yardımın ayrılmasını alqışlayırıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026