"Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya mümkün səfərini müzakirə edərkən həmişə ən yaxşısına inanıram".
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskva ilə Bakı arasında nə vaxt və hansı səviyyədə təmasların gözlənilməli olduğu ilə bağlı suala cavabında belə deyib.
Rusiyalı diplomat Moskva ilə Bakı arasında nə vaxt və hansı səviyyədə təmasların gözlənilməli olduğunu dəqiqləşdirməkdən imtina edib.
"Bilirsiniz, mən həmişə ən yaxşısına inanıram. Bu barədə mənə konkret məlumat verməyə hazır olduqda, bunu edəcəyik. Açıqlamalarımıza gəldikdə isə, onları bir az sonra edəcəyik. Hazır olduqda", - deyə Qaluzin qeyd edib.
Bakı 




