• Bakı 26° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

İnsan beynini real vaxt rejimində modelləşdirən çip yaradıldı

DÜNYA

04 Iyul 2026 | 18:37

İnsan beynini real vaxt rejimində modelləşdirən çip yaradıldı

Çinli alimlər beynin mürəkkəb strukturlarını real vaxt rejimində modelləşdirən ultra kiçik kompüter çipinin yaradıldığını açıqlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Elm adamlarının sözlərinə görə, çip təkcə altsheymer xəstəliyi kimi patologiyaların diaqnostikası və müalicəsində inqilabi dəyişikliklər yaratmayacaq, həm də beyin-kompüter interfeyslərinin səmərəliliyini artıracaq və cərrahlara əvəzsiz kömək göstərəcək.

Pekin Universiteti və Çin Elmlər Akademiyasının tədqiqatçıları daxili süni neyron şəbəkəsinə malik 40 nanometrlik yaddaş çipini təqdim ediblər.

Qurğu uzun illər mövcud olan hesablama məhdudiyyətlərini aradan qaldıraraq, beynin mürəkkəb hissələrinin yarım saniyədən də az müddətdə bərpasına imkan verir. Alimlərin bildirdiyinə görə, yeni çip bu işi müasir “Nvidia A100” qrafik prosessorları (GPU) ilə müqayisədə 50-478 dəfə daha sürətli yerinə yetirir.

Tədqiqatın baş müəllifi, Pekin Universitetinin İnteqral Sxemlər Məktəbinin professoru Yan Yuçao bildirib ki, çip tibbi məqsədlər üçün beyin qırışlarını yüksək dəqiqliklə modelləşdirə bilir: “Bu nailiyyət neyrointerfeyslər, eləcə də beyin xəstəliklərinin diaqnostikası və müalicəsi üçün yeni imkanlar açır. Gələcəkdə beynin fərdiləşdirilmiş və dinamik rəqəmsal əkizlərini yaratmaq mümkün olacaq”.

Professor əlavə edib ki, bu texnologiya beyin əməliyyatları zamanı real vaxt rejimində neyronaviqasiya, altsheymer xəstəliyinin erkən skrininqi və fərdiləşdirilmiş tibbi müdaxilələr üçün aparat bazası rolunu oynaya bilər.

İnsan beynindəki qırışlar onun miqyasını artıraraq kəllə sümüyünün fiziki məhdudiyyətləri daxilində milyardlarla neyronun yerləşməsinə imkan verir. İndiyədək bu mürəkkəb qırışların real vaxt rejimində bərpası uzunmüddətli hesablamalar aparan bahalı və irihəcmli avadanlıq tələb edirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR