Vaşinqton ştatda təxminən 60 000 insan meşə yanğınları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Bakıvaxtı.az "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, Spokeyn qraflığının ikinci ən böyük şəhəri ətrafında baş verən yanğın həftəsonu 21 kvadrat kilometr ərazini əhatə edib.
Ştat qubernatoru Bob Ferqyuson vəziyyəti ABŞ prezidenti Donald Trampla müzakirə etdiyini və federal hakimiyyət orqanlarından fəlakətlə mübarizədə kömək istədiyini bildirib.
Onun sözlərinə görə, yanğınlar təxminən 1000 kvadrat kilometr ərazini əhatə edib. Bəzi ərazilər, o cümlədən Spokeyn yaxınlığındakı ərazi hələ də nəzarət altındadır.
Gülşən Şərif
Bakı 



