• Bakı 27° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Zaxarova: "NATO və Aİ terror fəaliyyətinin bir hissəsinə çevrilib"  

DÜNYA

03 Avqust 2026 | 16:40

Zaxarova: NATO və Aİ terror fəaliyyətinin bir hissəsinə çevrilib  

NATO və Avropa İttifaqı (Aİ) terrorizmə sıfır dözümlülük bəyan etmələrinə baxmayaraq, özləri beynəlxalq terror fəaliyyətinin bir hissəsinə çevriliblər.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, Avropanın mərkəzində Ukraynanın dövlət aparatını ələ keçirmiş qanunsuz silahlı birləşmə fəaliyyət göstərir və NATO ölkələri bu terrorun sponsorluğunda iştirak edir.

Zaxarova vurğulayıb ki, vaxtilə terrora qarşı qətiyyətli möqeyi ilə tanınan NATO və Aİ artıq bu proseslərin birbaşa iştirakçısına çevrilib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR