• Bakı 29° C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır

CƏMİYYƏT

03 Avqust 2026 | 13:19

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır

Avqustun 5-dən etibarən 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılır.

Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi “mygov” portalı vasitəsilə elektron qaydada həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026