• Bakı 29° C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

İki nəfər edam olunub - İranda

DÜNYA

03 Avqust 2026 | 13:11

İki nəfər edam olunub - İranda

İranda İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda təqsirləndirilən Əmid Behzad və Puriya Səfut barəsində çıxarılmış edam hökmü icra edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı İranın "Mizan" agentliyi yayıb.

İran tərəfinin iddiasına görə, məhkumlar öz kuratorlarına ölkə ərazisindəki hərbi və təhlükəsizlik obyektlərinin koordinatlarını, fotolarını və məlumatlarını ötürüblər.

Məlumata əsasən, Ə.Behzadın mobil telefonuna baxış keçirilərkən istintaq orqanları onun mütəmadi olaraq polis, hərbi və təhlükəsizlik obyektlərinin dislokasiyası haqqında məlumatlar yaydığını aşkar edib. Hökumətin məlumatına görə, P.Səfut isə hərbi obyektlərin yerləşdiyi koordinatları və digər informasiyaları İrana müxalif olan "Iran International" televiziya kanalına göndərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026