Bu gün ABŞ və İran arasında Yaxın Şərqdəki müharibəyə son qoymaq və Hörmüz boğazını yenidən açmaq üçün yeni danışıqların elan edilməsindən sonra neft qiymətləri düşüb.
Bakıvaxtı.az xəbər verir ki, Brent markalı xam neftin qiyməti 5,42% azalaraq bir barel üçün 83,18 dollara enib. Onun ABŞ ekvivalenti olan “West Texas Intermediate” (WTI) isə 6,20% azalaraq bir barel üçün 79,42 dollara düşüb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı tez bir zamanda razılığa gəlinəcəyi təqdirdə, İrana qarşı əlavə hücumlardan çəkinəcəyini bildirib. İran da karbohidrogen tranziti üçün bu strateji su yolu ilə bağlı Omanla razılığa yaxın olduğunu bildirib. Prezident daha sonra Tehranla yeni danışıqların bazar ertəsi günü başlayacağını elan edib.
Aydın
Bakı 



