“ABŞ və İran arasında müharibədən əvvəl, savaş zamanı və ondan sonrakı dövrdə Tehran eyni mövqedən çıxış edir. İranın mövqeyinin doğru, yaxud yanlış olmasından asılı olmayaraq, Tehran hökuməti mövqeyində sabitdir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib.
Onun sözlərinə görə, ABŞ-də isə fərqli yanaşmalar mövcuddur:
“Prezident Donald Trampın hansı qərarlar verəcəyini müəyyənləşdirmək çətindir. Tramp ötən gün deyirdi ki, İranı yer üzündən siləcək, bu gün isə başqa mövqedən çıxış edir, sabah tamamilə fərqli baxış sərgiləyəcək. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bu isə İranın əlini danışıqlar masasında gücləndirir. Çünki İran başdan sonadək eyni mövqedən çıxış edir. Baxmayaraq ki, İran daxilində də narazılıqlar, ziddiyyətlər var. Bunu prezident Məsud Pezeşkian da dilə gətirir”.

İlham İsmayıl: Trampın hər gün fərli danışması Tehranın danışıqlar masasında əlini gücləndirir
Müsahibimiz vurğulayıb ki, İranda müəyyən qüvvələr ABŞ ilə aparılan danışıqları pozmağa çalışır. Lakin buna rəğmən, İranda səhv də olsa sabit bir mövqe var və bunu sürdürürlər.
“İran rəsmiləri öz mövqelərindən geri çəkilmirlər. ABŞ-də isə İranla müharibə zamanı mövcud olan qeyri-müəyyənlik hələ davam edir", - deyə İlham İsmayıl əlavə edib.
Aydın Baxış
Bakı 



