• Bakı 28° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Bakıda evlər BAHALAŞACAQ - Ekspertdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

03 Avqust 2026 | 16:19

Bakıda evlər BAHALAŞACAQ - Ekspertdən XƏBƏRDARLIQ

Son zamanlar daşınmaz əmlak bazarında, xüsusilə ümumi sahəsi kiçik olan mənzillərdə və köhnə tikili binalarda qiymət artımı kəskin hiss olunur.

Bəs yeni tikililər fonunda köhnə binalardakı bu qiymət sıçrayışının əsas səbəbləri nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hal-hazırda mövsümi olaraq torpaq sahələri, bağ və fərdi yaşayış evlərinə tələbat yüksək olsa da, sentyabr ayından etibarən çoxmənzilli binalardakı mənzillərə tələbatın artacağı və bunun qiymət artımına gətirib çıxaracağı gözlənilir.

Ekspertin sözlərinə görə, qiymətlərin kəskin yüksəlməsi səbəbindən vətəndaşlar, xüsusən də aztəminatlı ailələr, istər yeni, istərsə də köhnə binalardan mənzil alarkən ümumi sahəsi kiçik, otaq sayı çox olan "ekonom" layihəli mənzillərə üstünlük verirlər. Çünki bazar qiymətlərinin və ilkin/aylıq kredit ödənişlərinin yüksək olması genişsahəli mənzillərin əlçatanlığını məhdudlaşdırır.

Müsahibimiz qeyd edib ki, eyni zamanda, Bakıda istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə binaların söküntüsü davam edir:

"Son bir ildə sökülən ərazilərin böyük hissəsində dövlət tərəfindən yeni yaşayış binaları deyil, parklar, infrastrukturlar və avtomobil yolları salınır. Bu da paytaxtda yaşayış mənzillərinin sayının azalmasına və qiymətlərin daha da bahalaşmasına zəmin yaradır".

Elnur Fərzəliyev: Daşınmaz əmlak bazarında qiymət artımı qaçılmaz olacaq

Ekspert bildirib ki, Bakıda tikinti üçün torpaq sahələrinin məhdud və baha olması mənzillərin maya dəyərini artırır. Tikinti şirkətləri torpaq qıtlığı səbəbindən köhnə binaları sökərək yerində yenilərini inşa edirlər. Bu zaman sakinlərin kirayə və köç xərclərinin qarşılanması, onlara yeni binalardan mənzil verilməsi də tikintinin maya dəyərinə təsir edir.

"Bütün bu amillər yaxın gələcəkdə daşınmaz əmlak bazarında qiymət artımının qaçılmaz olacağını göstərir", - deyə Elnur Fərzəliyev vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR