• Bakı 28° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Ermənistan parlamentinin yeni sədri məlum oldu

DÜNYA

03 Avqust 2026 | 14:36

Ermənistan parlamentinin yeni sədri məlum oldu

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, parlamentdə keçirilən səsvermədə Ruben Rubinyan 63 səs toplayaraq spiker postuna sahiblənib.

Bundan başqa Ermənistan Respublikası Baş nazirinin mətbuat katibinin də kimliyi açıqlanıb. Məlumata görə, avqustun 3-dən etibarən Melaniya Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanın sözçüsü kimi fəaliyyətə başlayavaq.

Paşinyan hökumət rəhbəri kimi vəzifəyə təyin olunduqdan sonra imzaladığı ilk sərəncamla Ermənistanın ABŞ-dəki keçmiş səfiri Lilit Makuntsu baş nazirin baş məsləhətçisi səlahiyyətlərini icra edən vəzifəsindən azad edərək, onu öz aparatının rəhbəri təyin edib.

Daha əvvəl Paşinyan qeyd edib ki, Makunts aparat rəhbəri postuna gətiriləcək, eyni zamanda müdafiə naziri Suren Papikyan və daxili işlər naziri Arpine Sarkisyan isə yenidən öz vəzifələrinə təyin olunacaqlar.

Avqustun 2-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan "Vətəndaş sazişi" partiyasının lideri Nikol Paşinyanı ölkənin Baş naziri postuna təsdiq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026