Qubada baş verən yol qəzası ilə əlaqədar xəsarət alan 4 nəfər avqustun 3-də saat 08:20 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin səthi travmaları, sağtərəfli qabırğaların sınığı və başın sağ payının yumşaq toxumalarının hematoması diaqnozları təyin edilib.
Xəsarət alanlardan 1968-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Digər 3 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
13:02
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, qəza Quba–Qonaqkənd avtomobil yolunun Püstəqasım kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, UAZ markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



