• Bakı 26° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

O da CHP-dən istefa verdi

DÜNYA

04 Iyul 2026 | 17:40

O da CHP-dən istefa verdi

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara üzrə millət vəkili Adnan Beker partiyadan istefa verdiyini açıqlayıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkə hesabında yazıb.

“CHP-də şəxsi maraqların və qanunsuzluqların hökm sürdüyünü müşahidə etmək məni kədərləndirir. Partiya idarəçiliyi və fəaliyyəti altında davam etdirilən siyasi mövqe heç bir nəticə verməyəcək. Mən CHP-dəki üzvlüyümdən istefa verirəm, çünki mövcud struktur daxilində siyasi mübarizənin ölkəmizə və millətimizə fayda verməyəcəyinə inanıram”, - A.Beker əlvə edib.

O sonda qeyd edib ki, müstəqil Ankara millət vəkili kimi Türkiyənin birliyi, həmrəyliyi və hüzuru uğrunda mübarizəsini davam etdirəcək.

Qeyd edək ki, məhkəmə CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifəsindən kənarlaşdırılıb. Daha sonra partiya rəhbərliyinə Kamal Kılıçdaroğlu gətirilib. Partiya daxilində yaranmış böhran səbəbi ilə bir neçə vacib isim istefa verdiyini açıqlayıb./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Iyul 2026