• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

DÜNYA

04 Iyul 2026 | 16:21 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin keçirdiyi tədbirlər nəticəsində qanunsuz yaşayan 50 əcnəbi vətəndaş saxlanılıb.

Bakıvaxtı.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əcnəbilər arasında azərbaycanlılar da var.

Nazirliyin yaydığı məlumata görə, Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları da saxlanılanlar arasındadır.

Bildirilib ki, həmin şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzinə yerləşdirilib.

Hazırda onların deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.

Məlumata görə, həmin şəxslər Gürcüstan ərazisində hüquqi əsas olmadan yaşayırdılar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026