• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

 Yeni komandan ABŞ və İsrailə xəbərdarlıq edib

DÜNYA

04 Iyul 2026 | 17:52 | Müəllif: Subhan Mahmudov

Yeni komandan ABŞ və İsrailə xəbərdarlıq edib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) yeni komandanı admiral Əli Ozmai olub.

Bu barədə Bakıvaxtı.az İran mediasına istinadən xəbər verir.

"Tasnim" agentliyinin məlumatına görə, yeni komandan ilk bəyanatında sabiq ali lider Əli Xameneinin ölümünə görə ABŞ və İsraili "tezliklə qisas alınacağı" ilə bağlı xəbərdar edib.

Admiral vurğulayıb ki, İran silahlı qüvvələri Əli Xameneinin kursunu izləməyə davam edəcəklər.

Əli Ozmai SEPAH HDQ-nin komandanı postunda 2026-cı ilin martında ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində həlak olan admiral Əlirza Təngsirini əvəz edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail ölkənin bir sıra şəhərlərinə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində Əli Xamenei ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026