q
  • Bakı 13° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Ramiz Mehdiyevin ailə bankı ilə bağlı AÇIQLAMA

SİYASƏT

06 May 2026 | 13:05

Ramiz Mehdiyevin ailə bankı ilə bağlı AÇIQLAMA

"Bank "BTB" ASC-nin Azərbaycan Beynəlxalq Bankına (ABB) inteqrasiyası və aktivlərinin ötürülməsi prosesi mərhələli şəkildə davam edir".

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, "BTB" səhmdarları tərəfindən bankın ABB-yə çevrilməsi ilə bağlı müraciət olunub və proses mərhələli şəkildə icra edilir.

"Depozitlərin əksəriyyəti ABB-yə keçirilib, kreditlərin keçirilməsi həyata keçirilir. Hazırda proses normal qaydada davam edir və hər hansı problem müşahidə olunmur. Biz hər hansısa bir problem görmürük. Müştərilər də prosesin gedişi ilə bağlı müraciət edir".

AMB sədri qeyd edib ki, yaxın müddətdə bütün aktiv və öhdəliklərin köçürülməsi başa çatacaq:

"Düşünürəm ki, bu ayın axırı, gələn ayın axırı artıq aktivlərin və öhdəliklərin, kredit portfelinin ABB-yə keçirilməsi təmin olunacaq".

Qeyd edək ki, "Bank BTB" ASC-nin səhmlərinin 74.98%-i (49 829 ədəd) Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus olub.


SON XƏBƏRLƏR

05 May 2026