q
  • Bakı 12° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

Türkiyədə itkin düşən azərbaycanlı qadının meyiti TAPILDI

HADİSƏ

05 May 2026 | 19:01

Türkiyədə itkin düşən azərbaycanlı qadının meyiti TAPILDI

İstanbulda Kadıköy–Beşiktaş xətti üzrə hərəkət edən sərnişin bərəsində itkin düşən Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, 44 yaşlı qadın mayın 2-si axşam saatlarında Kadıköydən bərəyə minib. Lakin onun Beşiktaşda düşməsinə dair heç bir görüntü qeydə alınmayıb. Qadına məxsus çanta isə bərədə aşkarlanıb.

Hadisədən sonra aidiyyəti qurumlar tərəfindən dənizdə genişmiqyaslı axtarış tədbirləri həyata keçirilib. Aparılan axtarışlar nəticəsində Məxfurə Hüseynovanın meyiti Haydarpaşa sahilləri yaxınlığında tapılıb.

Meyit müvafiq ekspertiza üçün təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 


SON XƏBƏRLƏR