q
  • Bakı 12° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

BMT Türkiyə ilə Suriya arasında humanitar dəhlizi BAĞLADI

DÜNYA

05 May 2026 | 18:54

BMT Türkiyə ilə Suriya arasında humanitar dəhlizi BAĞLADI

Birləşmiş Millətlər Təşkilatı 12 ildən sonra Türkiyə ilə Suriya arasında humanitar yardımın daşınması üçün nəzərdə tutulmuş dəhlizi rəsmən bağlayıb. Buna səbəb tədarüklər üçün iki ölkə arasında ticarət yollarının açılmasıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik danışıb.

“10 ildən artıq zamandan sonra BMT Türkiyə ilə Suriya arasında sərhədlərarası humanitar əməliyyatı dayandırıb. Buna səbəb sərhəd-keçid məntəqələrinin kommersiya nəqliyyatı üçün açılması və adi təchizat marşrutlarının əlçatanlığının yaxşılaşmasıdır”, - deyə Düjarrik bildirib.

Düjarrik əlavə edib ki, fəaliyyəti ərzində bu dəhliz vasitəsilə Suriyaya 65 mindən çox humanitar yardım daşıyan yük maşını keçib və hər il orta hesabla 1,2 milyondan çox insan bu yardımdan faydalanıb.

O, bu marşrutu humanitar yardımın ən böyük və ən mürəkkəb təchizat zəncirlərindən biri kimi qələmə verib.


SON XƏBƏRLƏR