Xəbər verdiyimiz kimi, Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı 23 yaşlı Elçin Əhmədli hadisə yerində həyatını itirib. Qəza nəticəsində sürücü, 22 yaşlı Ömər Tanrıverdiyev və 16 yaşlı digər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şəki rayonunda baş verən qəza ilə əlaqədar xəsarət alan 2004 və 2010-cu il təvəllüdlü iki nəfər 06.05.2026-cı il tarixində saat 02:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qurumdan verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Yaralılardan birinin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Digər şəxs isə öz istəyi ilə Goranboy rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.
Zeynəb Rzayeva
Bakı 


jpg-1778046343.jpg)

