“Aprel ayından başlayaraq intensiv yağışlar həm Bakıda, həm rayonlarda fəsadlar yaradıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Onun sözlərinə görə, bununla bağlı Prezidentin tapşırığı ilə 86 milyona yaxın vəsait ayrılıb. Bu vəsait həmin problemin həlli və yenidən təkrar olmaması üçün çox vacib vəsaitdir. Deputat qeyd edib ki, bu Sərəncam apreldə verildikdən sonra, mayda da intensiv yağışlar fəsadların coğrafiyasını genişlənidirib.
"Şəki-Zaqatala və Qaxda da xeyli fəsadlar yaranıb. Təsərrüfatlara da ziyan dəyib. Bu istiqamətdə Aqrar Sığorta xeyli işlər görür və müsbət qiymətləndirmək lazımdır" deyən Əli Məsimli bildirib ki, amma dəyən ziyanın həcmi ilə Aqrar Sığortanın maliyyə imkanlarını ölçəndə əlavə dəstəyin olması çox vacibdir.
Bakı 




