• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ağdamda su anbarında batan ata və övladları tapıldı - YENİLƏNİB

CƏMİYYƏT

04 Iyul 2026 | 19:28 | Müəllif: Subhan Mahmudov

Ağdamda su anbarında batan ata və övladları tapıldı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu ərazisində Xaçınçay su anbarında 3 nəfərin batması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

16:36

Ağdam rayonunda faciəli hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb. İlkin məlumata görə, bir kişi iki azyaşlı övladı ilə birlikdə su anbarında çimən zaman batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026