• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Emin Əmrullayev Xankəndidə vətəndaş qəbulu keçirəcək

CƏMİYYƏT

03 Avqust 2026 | 18:39 | Müəllif: Subhan Mahmudov

Emin Əmrullayev Xankəndidə vətəndaş qəbulu keçirəcək

Elm və təhsil naziri Emin Əmrullayev avqustun 28-də Xankəndi şəhərində vətəndaş qəbulu keçirəcək.

Bu barədə Bakıvaxtı.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Xankəndi, Xocalı və Ağdərə sakinləri iştirak edə biləcəklər.

Adıçəkilən şəhər və rayonların sakinləri avqustun 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin 146-11 nömrəli Çağrı Mərkəzinə (yalnız iş günləri və iş saatlarında) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, müraciətləri nazirliyin rəsmi internet saytının əlaqə bölməsi vasitəsilə elektron qaydada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" üzərindən göndərmək mümkündür.

Nazirlikdən bildirilib ki, qəbulda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026