• Bakı 15° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Gənc aktrisa Moskvada qəzada həlak oldu

ŞOU

05 May 2026 | 21:11 | Müəllif: Subhan Mahmudov

Gənc aktrisa Moskvada qəzada həlak oldu

Aktrisa Kseniya Dobromilova yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Bakıvaxtı.az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə Moskvada baş verib.

Bildirilir ki, o, baykerlərin fotosunu çəkən zaman motosikletçilərdən biri idarəetməni itirib və onu vurub. Hadisə yerinə gələn həkimlər çoxsaylı sınıqlar alan qadını xilas edə bilməyiblər.

Motosiklet sürücüsü saxlanılıb.

Qeyd edək ki, 34 yaşlı Kseniya Dobromilova teatr təhsili alıb, müxtəlif səhnələrdə çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026