• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - MÜRACİƏT

SİYASƏT

05 May 2026 | 21:35 | Müəllif: Subhan Mahmudov

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - MÜRACİƏT

Qırğızıstan Bakıda səfirlik binasının inşası üçün torpaq sahəsinin ayrılması xahişi ilə Azərbaycan hökumətinə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov deyib.

“Biz Bakıda tamhüquqlu səfirliyin tikintisi üçün torpaq sahəsinin ayrılması xahişi ilə Azərbaycan hökumətinə müraciət etmişik. Müvafiq bina və qurğularla səfirliyin tikintisi niyyətimiz iki dövlət arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsində maraqlı olduğumuzu sübut edir. Ümid edirik ki, məsələ müsbət həll olunacaq”, - səfir qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026