• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

DSMF-nin keçmiş filial müdiri yeni vəzifəyə təyin olundu

SİYASƏT

04 Iyun 2026 | 16:00 | Müəllif: Əli Hüseynov

DSMF-nin keçmiş filial müdiri yeni vəzifəyə təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 3 saylı Şəki–Zaqatala regional filialının keçmiş müdiri Turan Əsədov yeni vəzifəyə təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Əsədov Turan Nasir oğlu DSMF-nin Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları üzrə maddi-məişət şəraitinin müayinəsi departamentinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, T.Əsədov ötən ilin martında xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonunun Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan piyadanı vuraraq qəza törədib. Həmin vaxt DSMF-nin yaydığı məlumatda bildirilib ki, T.Əsədov hadisədən dərhal sonra yaralı piyadanı xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026