• Bakı 25° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Xankəndi Bəyannaməsi qəbul edildi

SİYASƏT

03 Iyul 2026 | 20:36 | Müəllif: Subhan Mahmudov

Xankəndi Bəyannaməsi qəbul edildi

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində tədbir iştirakçıları elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın inkişaf istiqamətlərini özündə əks etdirən Xankəndi Bəyannaməsini hazırlayaraq yekdilliklə qəbul ediblər.

Mədəniyyət Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, bəyannamədə Azərbaycan Prezidenti İlham Əliyevə yubiley tədbirlərinin keçirilməsi təşəbbüsünə, müvafiq Sərəncamın imzalanmasına, Türk dünyası əməkdaşlığının inkişafına göstərdiyi daimi diqqətə, eləcə də tədbirlərin Bakı və Xankəndi şəhərlərində yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlıq ifadə olunub.

Sənəddə, həmçinin “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladıqları təbrik müraciətlərinə görə türk dövlətlərinin başçılarına təşəkkür bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026