• Bakı 25° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Xaricdə yaşayan vətəndaşlarının səsvermə hüquqları məhdudlaşır - Ermənistanda

SİYASƏT

03 Iyul 2026 | 14:08

Xaricdə yaşayan vətəndaşlarının səsvermə hüquqları məhdudlaşır - Ermənistanda

Ermənistan Parlamenti hakim Vətəndaş Müqaviləsi Partiyası tərəfindən irəli sürülən və vətəndaşların parlament seçkilərində və referendumlarda səs verməsi üçün yaşayış yeri tələbini müəyyən edən Seçki Məcəlləsinə dəyişiklikləri ikinci və son oxunuşda qəbul edib.

Bakıvaxtı.az "Tert.am"a istinadən xəbər verir ki, sessiya Qanunvericilik Məclisinin "YouTube" kanalında yayımlanıb.

Düzəlişlərin həmmüəllifi Alxas Qazaryan layihəni təqdim edərkən bildirib ki, parlament seçkilərində səs vermək hüququnun 48-ci günə, növbədənkənar seçkilər və referendumlar halında isə səsvermə günündən əvvəlki 28-ci günə qədər 730 gündən 366 və ya daha çoxunu Ermənistanda olan ölkə vətəndaşlarına verilməsinin müəyyən edilməsi təklif olunur.

Bu dəyişikliklər xaricdə diplomatik və ya digər dövlət vəzifələrində çalışan vətəndaşlara, onların ailə üzvlərinə və ya ali təhsil müəssisələrində təhsil alan vətəndaşlara təsir göstərmir.

Birinci və ikinci oxunuşlar arasında artıq qəbul edilmiş layihəyə bir müddəa əlavə edildi. Bu müddəaya əsasən, respublikada qalma müddəti hüquq-mühafizə orqanları tərəfindən sərhədi keçmə faktını qeyd etməklə müəyyən ediləcək. Bu məlumatlar elektron platformalar vasitəsilə seçici reyestrinə ötürüləcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Iyul 2026