• Bakı 26° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Daha bir itkin-şəhidlə vida mərasimi keçirildi

CƏMİYYƏT

03 Iyul 2026 | 12:51

Daha bir itkin-şəhidlə vida mərasimi keçirildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Rauf Əhmədovla Goranboy rayonunun Sarov kəndində vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mərasimində şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

R.Əhmədov doğulduğu Goranboy rayonunun Sarov kənd qəbristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Rauf Əhmədov 1969-cu ildə anadan olub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb. Onun döyüş yolu Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərindən keçib. Onun erməni işğalçılarına qarşı sonuncusu döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub. Rauf Əhmədov elə orada itkin düşüb. İtkin düşən zaman şəhidin 24 yaşı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Iyul 2026