• Bakı 28° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Əməkdar hüquqşünas vəfat etdi

CƏMİYYƏT

02 Avqust 2026 | 10:02

Əməkdar hüquqşünas vəfat etdi

Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası İkram Kərimov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu gün səhər saatlarında həyatını itirib.

Qeyd edək ki, İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Şimal-Şərq bölgəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrini tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026