• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiyanın Kiyevə hücumu: Ölənlərin sayı 30-a çatdı - YENİLƏNİB

DÜNYA

03 Iyul 2026 | 08:21 | Müəllif: Subhan Mahmudov

Rusiyanın Kiyevə hücumu: Ölənlərin sayı 30-a çatdı - YENİLƏNİB

Rusiya ordusunun iyulun 1-dən 2-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi kütləvi hava zərbələri nəticəsində həlak olan mülki şəxslərin sayı 30 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Hava zərbələrindən xəsarət alanların sayı isə 90 nəfəri ötüb, onların arasında uşaqlar da var.

Hazırda Kiyevdə 4 lokasiyada dağıntıların təmizlənməsi işi davam edir.

Qeyd edək ki, Rusiya ordusunun Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində 30-a yaxın yaşayış binası dağılıb. Ən böyük dağıntı isə Kiyevin Darnitski rayonunda yerləşən 9 mərtəbəli binada baş verib. Hazırda dağıntıların altında insanların qaldığı güman olunur.

Rusiya ordusunun Ukraynaya hava hücumu zamanı ümumilikdə 70-dən artıq müxtəlif tipli raketdən və 500-ə yaxın drondan istifadə etdiyi bildirilir. Əsas hədəf Kiyev şəhəri olub.

Bu gün Kiyevdə matəm günüdür.

***

00:23

Rusiyanın Kiyevə kütləvi zərbələri nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko "Telegram" kanalında məlumat verib.

Tkaçenko hücum nəticəsində Kiyevin xeyli dağıntıya məruz qaldığını, yaralıların və ölənlərin sayının arta biləcəyini, o cümlədən insanların hələ də binaların dağıntıları altında qaldıqlarını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR