• Bakı 26° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Moldovanın Baş naziri istefa verdi

DÜNYA

03 Iyul 2026 | 11:05

Moldovanın Baş naziri istefa verdi

Moldovanın Baş naziri Aleksandru Muntyanu istefa verdiyini elan edib.

Bakıvaxtı.az Moldova mediasına istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə bildirib.

Baş nazir öz prinsiplərinə və inanclarına uyğun işləyə bilmədiyi üçün istefa verdiyini bildirib: "Bu gün Baş nazir vəzifəmi bitirirəm. Artıq prinsiplərimə və inanclarıma uyğun olaraq mandatımı yerinə yetirə bilməyəcəyimi anladığım anda istefa vermək qərarına gəldim".

O, həmkarlarına təşəkkür edib və dövlət və ya özəl sektorda tutduğu vəzifədən, yaşayış yerindən və yerinə yetirdiyi vəzifələrdən asılı olmayaraq, ölkəyə xidmət etməyə davam edəcəyinə əminliyini ifadə edib. 

Muntyanu 2025-ci ilin oktyabrında Baş nazir vəzifəsinə təsdiq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Iyul 2026