• Bakı 28° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

BƏƏ Ukraynaya DƏSTƏK VERƏCƏK

DÜNYA

02 Avqust 2026 | 10:24

BƏƏ Ukraynaya DƏSTƏK VERƏCƏK

BƏƏ Ukraynaya Qara dənizdə təhlükəsizliyin təmin olunması, ərzaq ixracı və dəniz marşrutlarının qorunması sahəsində kömək edəcək.

Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BƏƏ Prezidenti ilə telefon danışığından sonra bildirib.

Tərəflər, həmçinin müxtəlif sahələrdə birgə layihələri müzakirə ediblər.

Qeyd edək ki, son həftələrdə Rusiya Odessa bölgəsində mülki gəmilərə və liman infrastrukturuna hücumlarını xeyli gücləndirib. Bunun nəticəsində bəzi gəmi sahibləri müvəqqəti olaraq Ukrayna limanlarına girişləri dayandırıblar, beynəlxalq təşkilatlar isə gəmiçilik azadlığına və qlobal ərzaq təhlükəsizliyinə yaranan təhdidlə bağlı xəbərdarlıq ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026