• Bakı 25° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Hörmüz boğazından keçən gəmilərin sayı son həftədə 4 dəfə artıb

DÜNYA

03 Iyul 2026 | 14:57

Hörmüz boğazından keçən gəmilərin sayı son həftədə 4 dəfə artıb

Hörmüz boğazından keçən gəmilərin sayı son bir həftə ərzində 4 dəfədən çox artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, gəmiçilik fəaliyyətindəki artım gəmi sahiblərinin boğazdan təhlükəsiz şəkildə keçə biləcəklərinə olan inamından qaynaqlanır. Lakin gəmi keçidləri İsrail və ABŞ-nin İrana qarşı müharibəsindən əvvəlki dövrə nisbətən xeyli aşağı olaraq qalır.

Xatırladaq ki, iyunun 17-də Vaşinqton və Tehran 14 maddəlik anlaşma memorandumu imzalayıblar.

Memorandumun beşinci bəndinə əsasən, İran 60 gün ərzində gəmilərin Hörmüz boğazından təhlükəsiz və sərbəst keçidini təmin etmək üçün tədbirlər görməlidir. Bu müddətdə tərəflərin danışıqları davam etdirməsi nəzərdə tutulur. Həmçinin bildirilir ki, İran boğazın gələcəyi ilə bağlı Omanla danışıqlar aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Iyul 2026