Minatəmizləmə Agentliyi (ANAMA) 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun audit ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Bakıvaxtı.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "NR Proaudit" MMC-dir.
Qalib şirkətə 11,7 min manat ödəniləcək.
Ötən il bu tenderin qalibi "SR Audit Solutions" MMC olub. Ona 14,16 min manat ödənilib.
Bakı 



