• Bakı 25° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Pərvin Səfərov Azərbaycandan getdi

CƏMİYYƏT

01 Avqust 2026 | 22:32

Pərvin Səfərov Azərbaycandan getdi

Sosial şəbəkələrdə qoyun otardığı zaman ifa etdiyi mahnı ilə tanınan, daha sonra səs yazıları ilə geniş auditoriya qazanan müğənni Pərvin Səfərov Azərbaycandan gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sənətçinin özü məlumat verib. O bildirib ki, Rusiyada yaşamağa qərar verib.

"Ətrafımdakı insanlardan da, səsə və sənətə dəyər verməyən münasibətdən də incidim. Azərbaycanda əsl musiqiyə və sənətə kifayət qədər qiymət verilmir. Düşünürdüm ki, zaman keçdikcə hər şey düzələr, amma əksinə, vəziyyət daha da pisləşir". 

Müğənni Moskvada uzun müddət qalmağı planlaşdırdığını da bildirib:

"Görək vəziyyət necə olacaq. Moskvada geniş çevrəm var. Orada sənətimə və səsimə dəyər verən insanlar var. Bundan sonrasını zamanın ixtiyarına buraxmışam”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026